Serbiyanın şimalında dəmiryol vağzalında beton örtüyünün uçması nəticəsində 8 nəfər həlak oldu
Serbiyanın şimalında dəmiryol vağzalında beton örtüyünün uçması nəticəsində 8 nəfər həlak oldu. Bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirdi.
Onun qeyd etdiyi kimi, iki yaralı xəstəxanaya yerləşdirildi.
Həmçinin, xilasedicilər yenə də dağıntılar altında qalan iki nəfərlə əlaqə saxlaya biliblər.