Serbiyada Novi Sad dəmiryolu stansiyasında baş vermiş faciəli hadisənin birinci ildönümündə on minlərlə insan həlak olanların xatirəsini ehtiramla yad edib
Serbiyada Novi Sad dəmiryolu stansiyasında baş vermiş faciəli hadisənin birinci ildönümündə on minlərlə insan həlak olanların xatirəsini ehtiramla yad edib

Serbiyada Novi Sad dəmiryolu stansiyasında baş vermiş faciəli hadisənin birinci ildönümündə on altı nəfərin xatirəsi ölkə miqyasında on minlərlə insan tərəfindən bir dəqiqəlik sükutla yad edildi.

2024-cü il noyabrın 1-də Novi Sad dəmiryolu stansiyasında yeni təmir olunmuş beton tavan uçaraq vətəndaşların həyatına son qoyub.

Hadisədən sonra Serbiyada genişmiqyaslı etiraz aksiyaları başlayıb və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalara səbəb olub. Vətəndaşlar faciəyə səbəb kimi ölkədə mövcud olan korrupsiya və nepotizmi göstərirdilər və hökumətin istefasını tələb edirdilər. Nəticədə, ölkənin infrastruktur naziri Qoran Vesiç vəzifəsindən istefa verdi, sonradan o və daha 12 nəfər həbs olundu, lakin hələ də heç biri məsuliyyətə cəlb olunmayıb.

Baş nazir Miloş Vuçeviç də istefa verdi, lakin bu, vaxtaşırı baş verən etirazları dayandırmadı.