Serbiyada hökumət əleyhinə etirazlar səbəbilə Belqradda məktəblər, kitab mağazaları, teatrlar və barlar bir günlük bağlanıb

21:01, 24.01.2025

Serbiyada davam edən hökumət əleyhinə etirazlar səbəbindən Belqradda məktəblər, kitab mağazaları, teatrlar və barlar bir günlük bağlanıb. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Medianın yazdığı kimi, əhali etiraz aksiyaları keçirir, korrupsiya, nepotizmə və, keyfiyyətsiz tikinti işlərindən fəal şəkildə danışır.

Nümayiş zamanı iştirakçılar vağzalın damının uçması nəticəsində həlak olanların xatirəsini 15 dəqiqəlik sükutla yad ediblər.

Serbiyada etirazlar 2024-cü ilin noyabrın 1-də yeni təmir edilmiş stansiyada beton tavanın uçması və 15 nəfərin ölümündən sonra başlayıb.

Prokurorluq hadisədə keçmiş infrastruktur naziri də daxil olmaqla 13 nəfəri ittiham edib, hərçənd, hələlik heç bir rəsmi ittiham irəli sürülməyib.

Medianın məlumatına görə, Serbiya prezidenti Aleksandr Vuçiç Yaqodinada mitinq keçirməyi planlaşdırırdı. Aksiya iştirakçıları həmçinin deyirlər ki, Vuçiç icra hakimiyyətini mənimsəməklə konstitusiyanı pozub. Vuçiç özü bənzər ittihamları rədd edir.

Oxşar