Serbiya Respublikasının mədəniyyət naziri Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini onun həyat yoldaşı ilə birlikdə Milli Muzeydə qəbul edib
Serbiya Respublikasının mədəniyyət naziri Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini onun həyat yoldaşı ilə birlikdə Milli Muzeydə qəbul edib

Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, həyat yoldaşı Tamar Baqrationi və nümayəndə heyətinin üzvləri ilə birlikdə Serbiya Respublikasının Milli Muzeyini ziyarət ediblər.

Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, Gürcüstan nümayəndə heyətini Serbiya Respublikasının mədəniyyət naziri Nikola Selakoviç və Serbiyanın Milli Muzeyinin direktoru Boyana Boriç Breşkoviç qəbul ediblər.

“Serbiya Milli Muzeyinin binası memarlıq, şəhərsalma və mədəni-tarixi dəyərlərinə görə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən mədəni irs nümunəsidir. Muzeydə hazırda 400 mindən çox mədəni eksponat saxlanılır”, – məlumatda deyilib.