Serbiya Prezidenti Aleksandr Vuçiç iyunun 15-də Gürcüstana rəsmi səfər edəcək
Serbiya Prezidenti Aleksandr Vuçiç iyunun 15-də Gürcüstana rəsmi səfər edəcək

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç iyunun 15-də həyat yoldaşı və dövlət nümayəndə heyəti ilə birlikdə Gürcüstana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayır.

Onların məlumatına görə, serbiyalı həmkarının rəsmi qarşılanma mərasimi saat 15:35-də Prezident Sarayında keçiriləcək, bundan sonra Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Aleksandr Vuçiçlə üzbəüz görüş keçirəcək və tərəflər ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.