Serbiya parlamenti baş nazir Miloş Vuçeviç hökumətinin istefasını dəstəkləyib

19:49, 19.03.2025

Serbiya parlamenti baş nazir Miloş Vuçeviç hökumətinin istefasını dəstəkləyib. Bu barədə “Reuters” məlumat yayır.

Hakim partiya “Serbiyanın Tərəqqi Partiyası”nın lideri və prezident Aleksandr Vuçiçin müttəfiqi olan Vuçeviç yanvarın 28-də ölkədə davam edən etirazlar fonunda istefa verdiyini açıqlayıb. Hərçənd, parlament onun istefasını indi təsdiqləyib.

Konstitusiyaya görə, indi prezident Vuçiçin yeni baş nazir təyin etmək üçün 30 gün vaxtı var. Bu müddətdə hökumət formalaşdırıla bilməsə, növbədənkənar seçkilər təyin olunmalıdır. Medianın yazdığına görə, yeni hökumətin formalaşdırılmasının müddəti aprelin 18-də gecə yarısı başa çatacaq.

Serbiyada noyabr ayından sonra kütləvi etirazlar keçirilir. Nümayişçilər Novi Sadda 15 nəfərin ölümü ilə nəticələnən yeni təmir edilmiş dəmiryol vağzalının damının uçmasına görə hökumətin korrupsiyasını və nepotizmni günahlandırırlar.

Oxşar