Sentyabrın 7-də Gürcüstanda arabir yağıntı gözlənilir, ölkənin əksər ərazilərində, o cümlədən Tbilisidə güclü qərb küləyi əsəcək
Sentyabrın 7-də Gürcüstanda qərbin bütün bölgələrində, şərqdə isə Şida Kartlidə, həmçinin dağlıq və yüksək dağlıq bölgələrdə arabir, bəzi yerlərdə güclü intensivlikli yağıntı gözlənilir, – bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Sinoptiklərin məlumatına əsasən, şimşək çaxacağı, dolu düşəcəyi və dənizdə 4-5 ballıq fırtına olacağı ehtimal edilir.
“Ölkənin əksər ərazilərində, o cümlədən paytaxtda güclü qərb küləyi əsəcək. Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin formalaşmasına və aktivləşməsinə səbəb ola bilər. Orta təhlükə səviyyəsi”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilib.