Sentyabrın 21-də Tbilisidə “Milan” və Gürcüstan yığmasının əfsanələrinin görüşü keçiriləcək #1TVSPORT

16:12, 08.08.2024

 
Gürcüstanın əfsanələrinin yığması İtaliyanın “Milan”ının əfsanələrinə qarşı mübarizə aparacaq. Matçın keçirilməsinə bu gün rəsmən qərar verilib.

İtaliyalı və gürcü futbolçular sentyabrın 21-də Tbilisidə Mixeil Mesxi adına stadionda qarşılaşacaqlar.

Heyətlər hələ müəyyənləşməyib, amma matçda iştirak edəcək bir neçə əfsanənin kimliyi məlumdur: Milandan Kafu, Dida, Rivaldo, Kaka, Zeedorf… Gürcüstandan – Arveladze qardaşları, Kaxa Kaladze, Qiorqi Kinkladze, Davit Muciri. …

Komandamızın baş məşqçisi Temur Ketsbaia olacaq.

Oxşar