Sentyabrın 12-nə olan vəziyyətə görə Kaxeti bölgəsində 78 min tona qədər üzüm emal edilib
Sentyabrın 12-nə olan vəziyyətə görə Kaxeti bölgəsində 78 min tona qədər üzüm emal edilib, bunun 35 min tona qədəri Rkatsiteli, 34 min tona qədəri Saperavi, geridə qalanı isə müxtəlif növ üzümlərdir.
Kaxetinin bütün munisipalitetlərində müxtəlif fəaliyyətlərlə məhsul yığımı prosesi gedir.
Üzümün sutkalıq emal göstəricisi 10 min tonu ötüb, bu da üzüm yığımının aktiv fazada olması mənasına gəlir. Gündəlik olaraq məhsulun emalı prosesinə 80-ə yaxın şirkət və şərab anbarı cəlb olunur. Bu mərhələdə 6500-ə yaxın üzüm sahibi fermer məhsulunu yerləşdirib.
2024-cü ildə üzümün proqnozlaşdırılan məhsulu rekord 300 min ton təşkil edir. Bu mərhələdə üzüm yığımının koordinasiyası qərargahında 420 şərab müəssisəsi qeydiyyatdan keçib, onların bir hissəsi artıq üzümün qəbulu və emalı prosesinə cəlb olunub, bir hissəsi növbəti günlərdə cəlb olunacaq.
Üzüm sahibi fermerlər tərəfindən üzüm məhsulunun satışını təşviq etmək və şərabçılıq sahəsinin sabit inkişafını dəstəkləmək məqsədilə Gürcüstan hökuməti bu il də üzüm yığımına subsidiya verir. Subsidiya 20 000-dən çox üzüm sahibi fermerə məhsulunu satmağa, üzüm yığımına cəlb olunan 500-dək şirkətə isə üzüm məhsulunu ləngimə olmadan almaq və emal etmək imkanı verəcək. 2024-cü ilin üzüm yığımı zamanı Kaxeti bölgəsində yetişdirilən ən azı 100 ton Rkatsiteli üzümünü alıb emal edən və 1 kq üzüm üçün ən azı 1,00 lari ödəyəcək bütün şirkətlər dövlət subsidiyasını alacaqlar.
Telavi şəhərində üzüm yığımının koordinasiyası qərargahı və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1 501) 24 saat işləyir.
Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.