Sentyabrın 12-də Eka Qiqaurinin məruzə ilə çıxış edəcəyi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Gürcüstan məsələsi ilə bağlı dinləmə keçiriləcək
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sentyabrın 12-nə planlaşdırılan iclasa məruzəçi kimi “Beynəlxalq Şəffaflıq-Gürcüstan” təşkilatının icraçı direktoru Eka Qiqaurini dəvət edib.
Məlumatı “Beynəlxalq Şəffaflıq-Gürcüstan” yayır.
Komitədə “Qeyri-hökumət təşkilatlarına qarşı qanunvericilik və demokratiya repressiyalarının digər alətləri” müzakirə olunur. Eka Qiqauri ilə birlikdə bu mövzu üzrə Beynəlxalq Qeyri-Kommersiya Hüquq Mərkəzinin prezidenti, baş icraçı direktoru Duqlas Rutsen və “Freedom House”un Çin, Honq-Konq və Tayvan məsələlərinin tədqiqi üzrə direktoru İaço Vanq komitədə məruzəçilər olacaqlar.
Gürcüstanda “rus qanunu”nun qəbul edilməsində əsas məqsəd gürcü qeyri-hökumət təşkilatlarını və tənqidi medianı susdurmaqdır. Oxşar qanunlar tənqidi qruplara qarşı istifadə olunur. Bu təcrübənin tətbiqi Putin Rusiyasında başlayıb və dünyanın bir çox ölkəsində avtokratik idarəçilər tərəfindən insan hüquqlarının müdafiəçilərinə və mediaya qarşı istifadə olunub. Sentyabrın 12-də Senatda təyin olunmuş dinləmə bu və digər məsələlərə aid olacaq” – “Beynəlxalq Şəffaflıq-Gürcüstan”ın məlumatında deyilir.