Senatorlar Cim Riş və Cin Şahin Rusiyanın "Kölgə Donanması haqqında" qanun layihəsini Konqresdə təqdim ediblər
Senatorlar Cim Riş və Cin Şahin Rusiyanın "Kölgə Donanması haqqında" qanun layihəsini Konqresdə təqdim ediblər

ABŞ Konqresində Respublikaçı və Demokrat senatorlar Cim Riş və Cin Şahin Rusiyanın “Kölgə Donanması haqqında” qanun layihəsini təqdim ediblər. Bu barədə “Financial Times” məlumat yayır.

Medianın məlumatına görə, sanksiyalar həm Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi neft tankerlərinə, həmçinin, mayeləşdirilmiş qazla bağlı layihələrə qarşı yönəlib.

Sənədin müəllifləri arasında hər iki partiyadan əlavə yeddi konqresmen də yer alır.

Medianın yazdığına görə, qanun layihəsi qəbul olunduğu təqdirdə, sənəd Rusiyanın müdafiə sənayesinə yönəlik məhdudiyyətləri genişləndirəcək və Arktikadakı təbii qazın mayeləşdirilməsi layihələrinə də zərbə vuracaq.