Senator Lindsi Qraham – Əgər Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin arasında üçtərəfli görüş baş tutarsa, müharibə Milad bayramına qədər başa çatacaq
Əgər ABŞ, Ukrayna və Rusiya liderləri arasında üçtərəfli görüş baş tutarsa, o zaman Ukraynadakı müharibə Milad bayramına qədər başa çata bilər. Bu barədə respublikaçı senator Lindsi Qraham yazır.
Onun dediyinə görə, əgər üçtərəfli görüş baş tutmasa, Donald Tramp Vladimir Putinə ciddi nəticələr tətbiq edə bilər.
“Əgər Prezident Donald Trampın, Prezident Zelenski və Putin arasında üçtərəfli görüş baş tutarsa, o zaman ehtiyatlı nikbinliklə deyə bilərəm ki, bu müharibə Milad bayramına qədər başa çata bilər. Əgər bu görüş baş tutmasa, düşünürəm ki, Prezident Tramp Putinə və onun neftini və qazını alan hər kəsə ciddi nəticələr tətbiq edə bilər”, – Lindsi Qraham yazır.