Seçkiqabağı tədbirdə “Lelo-Güclü Gürcüstan”ın Tbilisi merliyinə namizəd İrakli Kupradzenin üzərinə yumurta atılıb.
Hadisə Nadzaladevi rayonunda “Güclü Gürcüstan – Lelo” və “Qaxaria – Gürcüstan Naminə” partiyalarının majoritar namizədlərinin təqdimat tədbiri zamanı baş verib. Naməlum şəxslər İrakli Kupradzeyə və toplaşanların üzərinə yumurta atıblar.
“Təəssüf edirəm, bu hadisəyə görə sizdən mən üzr istəyirəm. Bu, bizim mübarizəmizə bu gün belə qarşı çıxan “Gürcü Arzusu”nun simasıdır. Bu, yalnız və yalnız ətrafında tituşkalar olan “Gürcü Arzusu”nun simasıdır. “Gürcü Arzusu” belə gülməli olur”, – Kupradze hadisədən sonra bildirib.