Seçki bannerinə zərər vermək ittihamı ilə həbs olunan Meqi Diasamidze barəsində qətimkan tədbiri kimi girov təyin edilib və o, məhkəmə zalından azad edilib
Seçki bannerinə zərər vermək ittihamı ilə həbs olunan Meqi Diasamidze barəsində qətimkan tədbiri kimi girov təyin edilib və o, məhkəmə zalından azad edilib

Tbilisi Şəhər Məhkəməsində seçki bannerini zədələməkdə ittiham edilərək həbs edilən Meqi Diasamidze barəsində qətimkan tədbiri kimi 2000 lari girov təyin edilib. Diasamidze məhkəmə zalından azad edilib.

Məsələ ilə bağlı qərarı hakim Davit Kurtanidze qəbul edib.

Məlumat üçün bildirək ki, Meqi Diasamidzeyə qarşı Cinayət Məcəlləsinin əşyanın zədələnməsi və ya məhv edilməsinə aid 187-ci maddəsi ilə ittiham irəli sürülmüşdü.