Səhiyyə Nazirliyi - Məcburi Köçkünlər Agentliyi 500-dən çox məcburi köçkün ailəsi üçün yaşayış evləri satın alacaq
Səhiyyə Nazirliyi - Məcburi Köçkünlər Agentliyi 500-dən çox məcburi köçkün ailəsi üçün yaşayış evləri satın alacaq

Məcburi Köçkünlər Agentliyi ölkə miqyasında 500-dən çox məcburi köçkün ailəsi üçün ev satın alacaq. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, Köçkünlərin İşləri Üzrə Araşdırma Komissiyası tərəfindən məskunlaşdırılması barədə müsbət qərar verilmiş ailələrin siyahısı artıq agentliyin veb səhifəsində dərc olunub.

“Məcburi köçkün ailələrinə Gürcüstanın istənilən bölgəsində ev seçmək və Agentliyə təqdim etmək üçün altı aylıq müddət verilir. Qeyd etmək lazımdır ki, məcburi köçkün ailələrinin məskunlaşdırılması məqsədilə yaşayış komplekslərinin tikintisi ilə yanaşı, evlərin satın alınması proqramı da son vaxtlar xüsusi miqyas alıb. Cari il agentlik artıq 1050 məcburi köçkün ailəsi üçün ev satın alıb. Məcburi köçkün ailələrinə mənzil verilməsi prosesi gələcəkdə daha da aktiv rejimlə davam etdiriləcək”, – Səhiyyə Nazirliyinin məlumatında deyilib.