Səhiyyə Nazirliyi 1-ci tip diabetli uşaqların ehtiyaclarını nəzərə alaraq Libre 2+ davamlı qlükoza monitorinq sistemini satın alıb
Səhiyyə Nazirliyi 1-ci tip şəkərli diabet diaqnozu qoyulmuş uşaqların ehtiyaclarını və onların valideynlərinin maraqlarını nəzərə alaraq sensor istehsalçısı “Abbott laboratories” şirkəti ilə razılığa gəlib və Libre 2+ qlükoza davamlı monitorinq sistemini satın alıb.
Cihazı almaq üçün müraciətlər başlayıb və onların verilməsi mərhələli şəkildə həyata keçiriləcək. Monitorinq cihazları yalnız sensor istifadə etməli olan pasiyentlərə veriləcək.
Kriteriyaları müəyyən etmək üçün səhiyyə naziri Mixeil Sarcveladze sahə üzrə tibb mütəxəssisləri ilə görüşüb.
Görüşdə Libre 2+ davamlı qlükoza monitorinq sisteminə ehtiyac yaradan parametrlər və klinik amillər müzakirə edilib. FreeStyle Libre 2+ 2 komponentdən – sensor və oxuyucudan ibarət qanda qlükoza səviyyəsinin davamlı monitorinq sistemidir. Sensorun fəaliyyət müddəti 15 gündür, oxuyucu isə məlumatları 90 gün ərzində saxlayır.
Gürcüstan dövlət proqramının benefisiarları üçün Amerika şirkəti qaynar xətt yaradıb. Texniki dəstək və ya qüsurun aşkar edilməsi hallarında aşağıdakı nömrə ilə əlaqə saxlamaq olar: +995 800 00 80 77, iş günləri saat 09:00-dan 17:00-dək.
Xatırladaq ki, 2022-ci ildən 1-ci tip diabetli uşaqlar 2022-ci ildən etibarən, həmçinin ABŞ-İrlandiya şirkəti “Medtronic”in qan şəkərinin davamlı monitorinqi üçün yüksək texnologiyalı sistemləri ilə təmin olunurlar.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.