Səhər saatlarında işğalçı qüvvələr Xersona aviasiya bombaları və artilleriya ilə kütləvi hücum həyata keçiriblər
Səhər saatlarında işğalçı qüvvələr Xersona aviasiya bombaları və artilleriya ilə kütləvi hücum həyata keçiriblər

Səhər saatlarında işğalçı qüvvələr Xersona aviasiya bombaları və artilleriya ilə kütləvi hücum həyata keçiriblər.

Müvafiq məlumatı Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin yayır.

Onun məlumatına görə, təxminən bir saat yarım ərzində şəhərə, o cümlədən Xersonun mərkəzi hissəsinə təxminən 15 aviasiya bombası atılıb.

Xerson şəhər administrasiyasının məlumatına görə, üç nəfər xəsarət alıb. Mikroavtobus məhv edilib, hücumlar nəticəsində Xersonda inzibati bina və doqquz fərdi ev zədələnib.

Bununla yanaşı, gecə saatlarında Sumi yaxınlığında atılan aviabombalar nəticəsində 10-a yaxın yaşayış binasına ziyan dəyib.

Bundan əlavə, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiya Ukrayna istiqamətində 154 dron buraxıb, onlardan 128-i vurulub və ya zərərsizləşdirilib. Pilotsuz uçuş aparatlarının hücumları doqquz yerdə qeydə alınıb.