Sebastyan Lekornu bildirir ki, prezident seçkilərində iştirak etmək niyyətində deyil
Fransanın Baş naziri Sebastyan Le Kornu bildirib ki, prezident seçkilərində iştirak etmək niyyətində deyil. Bu barədə “Politico” yazır.
Lekornu mandatın qalan müddəti üçün öz iş planını təqdim edib və bildirib ki, prezident seçkilərində iştirak etməyi planlaşdırmır.
“2026-cı il fransalılar üçün məhsuldar bir il olacaq. Əsas məsələlərə diqqət yetirəcəyik. Bu məsələlərlə bağlı biz prezident seçkilərini gözləyə bilmərik”, – Le Kornu qeyd edib.
Lekornunun dediyinə görə, o, Fransa bələdiyyə seçkilərindən əvvəl hökuməti yenidən təşkil etməyi planlaşdırır.
Onun dediyinə görə, Paris meri vəzifəsinə namizəd olan mədəniyyət naziri Raşida Dati digər nazirlərlə birlikdə hökuməti tərk edəcək.
Məlumat üçün bildirək ki, Fransada prezident seçkiləri 2027-ci ilin aprelində keçiriləcək.