Şarm Əl-Şeyxdə İsrail və “HƏMAS” nümayəndələri arasında dolayı danışıqlar aparılır
Şarm Əl-Şeyxdə İsrail və “HƏMAS” nümayəndələri arasında dolayı danışıqlar aparılır. “CNN”nin məlumatına görə, görüş artıq bir saatdan çoxdur ki, davam edir.
Danışıqların məqsədi ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunmuş sülh planı üzərində işləməkdir. Vasitəçilik rolunu misirli və qətərli mediatorlar yerinə yetirirlər. Onlar İsrail və “HƏMAS” nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşürlər.