Şarl Mişel – Ukrayna müharibəsi Avropanın enerji vəziyyətinə və iqtisadiyyatına dramatik təsir göstərir
Avropa ölkələrinə təsir edən Rusiya müharibəsinin dramatik nəticələrini nəzərə alaraq, biz Avropa qitəsi ölkələrinin birləşməsi və siyasi koordinasiya platformasını təmin etmək üçün Avropa siyasi birliyini yaratmağa dair razılaşdıq – bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin 6-7 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan sammitdən əvvəl Avropa İttifaqı Şurası üzvlərinə göndərdiyi məktubunda deyilir.
Mişel bildirib ki, ambisiya bütövlükdə Avropanın təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək məqsədilə liderləri bərabər şərtlərdə bir araya gətirmək, ümumi maraq doğuran məsələlər üzrə siyasi dialoq və əməkdaşlığı təşviq etmək üçün birgə işləməkdir.
“Planlaşdırılan müxtəlif görüşlər zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və mobillik kimi mövzuları müzakirə etmək imkanınız olacaq. Avropa siyasi birliyinin rəsmi yazılı nəticəsi nəzərdə tutulmayıb. Ukrayna müharibəsi Avropanın enerji vəziyyətinə dramatik təsir göstərir və iqtisadiyyatımıza təsir edir. Bizim əsas məqsədimiz, əsasən də qış soyuğunun yaxınlaşması fonunda ailələrimiz, bizneslərimiz üçün zəmanətli enerji təchizatı və çıxış təhlükəsizliyini təmin etməkdir “- deyə Şarl Mişelin dəvət məktubunda qeyd olunub.