Şarl Mişel – şübhəsiz Rusiya bizim qitəmizə enerji minası yerləşdirib, indi biz düzgün hərəkət etməliyik

21:20, 07.10.2022

Sizi əmin etmək istəyirəm ki, səfərbər olmaq üçün Avropa liderlərinin ümumi əzmkarlığı var, bizim ümumi ambisiyamız qiymətləri azaltmaqdır – bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Praqada davam edən Aİ-nin liderlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.

Mişel bildirib ki, bu, Avropa qitəsinin və bütövlükdə dünyanın birliyə ehtiyacı olduğu bir vaxtda birliyin nümayişi olub.

“Bizim Ukrayna prezidentini dinləmək imkanımız oldu, o, bizə müraciət etdi və Ukraynanın prioritetlərini bizimlə bölüşdü. Bizim bir daha Ukraynaya tam dəstəyimizi göstərmək imkanımız oldu. Bu, tammiqyaslı təcavüzdür, qəbuledilməz müharibədir və Ukraynaya həm maddi, həm də hərbi, humanitar və təbii ki, siyasi dəstək vermək üçün bütün lazımi vasitə və təsir imkanlarını səfərbər etmək bizim qayəmizdir. Həmçinin, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qərar qəbul etdiyimizi bilirsiniz. Bu gün bu qeyri-rəsmi görüş zamanı bizim fundamental məsələni – enerji vəziyyətini müzakirə etmək imkanımız oldu. Rusiya Ukrayna xalqına qarşı müharibəyə başlayıb, onlar bizim də ümumi dəyərlərimiz olan dəyərlər, öz gələcəyi və ümumilikdə Avropa layihəsinin gələcəyi üçün cəsarətlə mübarizə aparırlar. Şübhəsiz Rusiya bizim qitəmizə enerji minası yerləşdirib, indi biz düzgün hərəkət etməliyik. İlk növbədə tələbi və istehlakı azaltmalıyıq. Hamımızın bu təsir vasitəsi var. İkincisi, təchizatın təhlükəsizliyidir. Bir neçə ay ərzində ehtiyatların mümkün qədər dolduğundan əmin olmaq üçün çalışdıq. Yaydan əvvəl deyirdik ki, dövlət səviyyəsində enerji təchizatı almalıyıq. Bu gün məsələyə qayıtdıq və ona dəstək artdı, yenidən ehtiyac yaranan kimi ehtiyatları doldurmaq lazımdır. Üçüncü aspekt qiymətlərdir. Bu, ailələr, insanlar, hətta şirkətlər üçün ağrılı hissədir. Bunun iqtisadi təsiri var. Sizi əmin etmək istəyirəm ki, Avropa liderlərinin səfərbər olmaq üçün ümumi əzmi var. Bizim ümumi ambisiyamız qiymətləri azaltmaqdır” – deyə Mişel bildirib.

Oxşar