Şarl Mişel – Rusiya bu müharibədə yeganə təcavüzkardır, Ukrayna- təcavüzün qurbanı olan ölkədir

16:34, 21.09.2022

 

Rusiya bu müharibədə yeganə təcavüzkardır, Ukrayna- təcavüzün qurbanı olan ölkədir – bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel “Twitter” sosial şəbəkəsində yazıb.

O , Aİ-nin Ukraynaya dəstəyinin dəyişməz olaraq qalacağını bildirib. Şarl Mişel onu da qeyd edib ki, Vladimir Putin dünya Beynəlxalq Sülh Gününü qeyd edərkən qismən səfərbərlik elan edib.

“Kreml səfərbərliyi Beynəlxalq Sülh Günündə, BMT Baş Assambleyasında ölkələrin əməkdaşlıq, təhlükəsizlik və rifah üçün çalışdığı bir vaxtda elan edib. Bu müharibədə yalnız bir təcavüzkar var, Rusiya, təcavüzün qurbanı isə bir ölkədir, Ukrayna. Avropa İttifaqının Ukraynaya dəstəyi dəyişməz olaraq qalacaq” – deyə Avropa Şurasının prezidenti Şarl Mişel yazır.

1981-ci ildə Birləşmiş Millətlər Təşkilatı 21 sentyabrı Beynəlxalq Sülh Günü elan edib.

Oxşar