Şarl Mişel İlham Əliyevlə görüşdü
Bakıya, İqlim dəyişikliyi konfransına gələn Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İlham Əliyevlə görüşdü.
Şarl Mişelin sosial şəbəkədə yazdığı kimi, Azərbaycan prezidenti ilə görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi müzakirə olundu.
“Biz ikitərəfli münasibətlərin bütün aspektinə toxunduq. Mən Budapeştdə baş nazir Nikol Paşinyanla danışıqlar apardıqdan sonra indi prezident Əliyevlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin gedişatını müzakirə etdim. Avropa İttifaqı möhkəm, dinc və firavanlıqla dolu Qafqaza nail olmaq üçün bütün səyləri dəstəkləməyə hazırdır”, – Avropa Şurasının prezidenti sosial şəbəkədə yazır.