Şarl Mişel - Gürcüstanın gələcəyi ilə bağlı qərarı ancaq Gürcüstandakı gürcü xalqı verə bilər
Şarl Mişel - Gürcüstanın gələcəyi ilə bağlı qərarı ancaq Gürcüstandakı gürcü xalqı verə bilər

Avropa Şurasının prezidenti Şarl Mişel sosial şəbəkədə Brüsseldə Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdiyi görüş barədə yazır.

Mişelin qeyd etdiyi kimi, Zurabişvili ilə görüş Gürcüstan üçün həlledici məqamda baş tutub.

“Gürcüstan üçün həlledici məqamda prezident Salome Zurabişvili ilə görüş. Namizəd ölkə olaraq Gürcüstan ümumi demokratik dəyərlərimizə uyğun olaraq islahatlarını dərinləşdirməlidir. İslahatlar, qanunun aliliyi və demokratik prinsiplər Avropa İttifaqı yolunun əsasını təşkil edir. Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız Gürcüstandakı gürcü xalqı verə bilər”, – Avropa Şurasının prezidenti Şarl Mişel yazır.