Şarl Mişel -G20 zirvə toplantısı çərçivəsində G20-nin bütün tərəfdaşlarını Rusiyaya daha çox təzyiq göstərməyə inandırmaq üçün görüşlərdən və qeyri-rəsmi təmaslardan istifadə etməyə çalışmalıyıq

10:45, 15.11.2022

 
Avropa Şurasının prezidenti Şarl Mişel Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi artırmaq çağırışı ilə çıxış edir. Bu barədə Şarl Mişel İndoneziyanın Bali adasında keçirilən G20 zirvə toplantısının rəsmi açılışından əvvəl keçirilən mətbuat konfransında açıqlayıb.

“Mən tam əminəm ki, biz bugünkü və sabahkı görüş, eləcə də G20 zirvə toplantısı çərçivəsində G20-nin bütün tərəfdaşlarını Rusiyaya daha çox təzyiq göstərməyə inandırmaq üçün qeyri-rəsmi təmaslardan istifadə etməyə çalışmalıyıq”- deyə Şarl Mişel bildirib.

Avropa Şurasının prezidenti bildirib ki, kəskin ərzaq və enerji böhranına son qoymağın ən yaxşı yolu “Rusiyanın mənasız müharibəni dayandırması və BMT Nizamnaməsinə hörmət etməsidir”.

Oxşar