Sankt-Peterburqda Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında üçtərəfli görüş keçirilib
Sankt-Peterburqda Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında üçtərəfli görüş keçirilib

 

Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparıb.

Rus mediası üçtərəfli görüşün Sankt-Peterburqda, MDB-yə üzv dövlətlərin qeyri-rəsmi sammiti çərçivəsində baş tutması barədə məlumat yayır.

Daha sonra Ermənistanın baş naziri ilə təkbətək görüşdə Putinin özünün də dediyi kimi, Paşinyan və Əliyevlə birgə Cənubi Qafqazda vəziyyətin nizamlanması məsələsini müzakirə ediblər.

“Dünən axşam danışmağa başladıq və üçümüz danışa bildik. Aydındır ki, əsas məsələ Cənubi Qafqazdakı vəziyyətin, ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərinin, Qarabağla bağlı hər şeyin nizamlanmasıdır”-deyə Putin açıqlayıb.

Öz növbəsində Nikol Paşinyan qeyd edib ki, “İndi Ermənistan üçün əsas və operativ məsələ dırnaq arası Laçın dəhlizində mövcud böhrandır”.

Xatırladaq ki, dekabrın 12-dən Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə yolun keçdiyi dırnaq arası Laçın dəhlizi təbii sərvətlərin yataqlarının qanunsuz istismarına etiraz edən azərbaycanlı ekoloqlar tərəfindən bağlanıb. Yerevanda bildirilir ki, humanitar böhranla nəticələnən yolların bağlanması səbəbindən Qarabağ əhalisinə ərzaq və dərmanlar çatdırılmır.