Sankt-Peterburqa pilotsuz uçuş aparatları ilə irimiqyaslı hücum həyata keçirilib

12:57, 04.07.2026

Sankt-Peterburqa pilotsuz uçuş aparatları ilə irimiqyaslı hücum həyata keçirilib. Rusiya mediasının məlumatına görə, hücumu Ukrayna Silahlı Qüvvələri həyata keçirib.

Şəhər administrasiyasının məlumatına görə, zərbə Kirov bölgəsində yerləşən neft terminalına endirilib, lakin xəsarət alan olmayıb.

Operativ qərargah əhalini dron təhlükəsi aradan qalxana qədər evdə qalmağa çağırıb və mobil internet xidmətində mümkün kəsintilər barədə xəbərdarlıq edib.

Hücum həmçinin Leninqrad bölgəsində də həyata keçirilib və bölgə üzərində 72 dron vurulub. Qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, PUA-nın qalıqları Vısotski limanı yaxınlığında düşüb. Xəsarət alanlar və ya dəymiş ziyan barədə məlumat yayılmayıb.

Oxşar