Şanxayda Gürcü şərabının təqdimatı keçirildi – “Gürcüstan – böyük xəzinəyə malik kiçik ölkə”
Şanxayda Gürcü şərabının təqdimatı keçirildi – “Gürcüstan – böyük xəzinəyə malik kiçik ölkə”

Çin Xalq Respublikasının Şanxay şəhərində, şərab sahəsində ən nüfuzlu sərgilərdən biri olan “ProWine Shanghai”da, Gürcüstanın Milli Şərab Agentliyinin dəstəyi və təşkilatçılığı ilə 26 gürcü şərab istehsalçısı şirkəti iştirak etdi.

Sərgi çərçivəsində, həmçinin Gürcüstanın Milli Şərab Agentliyinin təşkilatçılığı ilə “Georgia – Small Country with Big Treasures” (Gürcüstan – böyük xəzinəyə malik kiçik ölkə) adlı gürcü şərabının master-klası və dequstasiyası keçirildi. Tədbirə şərab üzrə magistr Fonqyi Uoker rəhbərlik edirdi.

Dequstasiyada doqquz gürcü şirkətinin şərabları təqdim olunmuşdu.

“Çin bazarı gürcü şərab bazarlarının şaxələndirilməsi baxımından ən vacib bazarlardan biridir. Milli Şərab Agentliyi son illər ərzində Gürcü şərabının təşviqi proqramı çərçivəsində Çin Xalq Respublikasında müxtəlif növ marketinq kampaniyalarını aktiv şəkildə həyata keçirir. Ümumiyyətlə, biz “ProWine” sərgiləri dövrü ilə sıx əməkdaşlıq edirik. “ProWine Shanghai” ənənəvi olaraq distribyutorlar, idxalçılar və şərab mütəxəssisləri də daxil olmaqla ümumilikdə 100 mindən çox ziyarətçini cəlb edir. Bu miqyasda əhəmiyyətli sərgidə iştirak, gürcü şərabının Çin bazarında ixracının artmasına kömək edir”, – Tədbirlərdə iştirak edən Milli Şərab Agentliyinin sədri Levan Mexuzla deyib.

Beynəlxalq “ProWine” sərgiləri yeni əlaqələr quran şərab istehsalçıları üçün ilin əsas hadisəsidir. Əsas “ProWine” sərgisinə Düsseldorf ev sahibliyi edir; il ərzində isə Tokio, Şanxay, Mumbay, Sinqapur, Honq-Konq və San-Pauluda sərgilər keçirilir. Milli Şərab Agentliyinin dəstəyi ilə gürcü şərabı Almaniya, Braziliya, Yaponiya və Çində keçirilən “ProWein” sərgilərində təqdim olunub.

Gürcüstanın Milli Şərab Agentliyi məlumat yayır.