San-Pauluda polis Braziliya prezidentliyinə namizəd Jair Bolsonaronun tərəfdarlarına qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib

22:29, 02.11.2022

 
Polis San-Pauluda məğlub olmuş Braziliya prezidentliyinə namizəd Jair Bolsonaronun tərəfdarlarına qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

Nümayişçilər keçmiş prezident Lula da Silvanın seçkilərdə qalib gəldiyi prezident seçkilərinin nəticələrinə artıq ikinci gündür etiraz edirlər.

Jair Bolsonaronun tərəfdarları bu gün Braziliyanın bir neçə şəhərinə toplaşıblar. San-Pauluda etirazçılar yolu bağlayıblar, bu zaman polislər onları dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə ediblər.

Oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda ölkənin keçmiş lideri Luiz İnasio Lula da Silva qalib gəlib. O, seçicilərin səsinin 50,9%-ni, rəqibi Jair Bolsonaro isə 49,1%-ni toplayıb.

Oxşar