San-Fransisko polisi – cani polisin gözü qarşısında Nensi Pelosinin həyat yoldaşına hücum edib

22:08, 28.10.2022

 

Cani polisin gözü qarşısında Nensi Pelosinin həyat yoldaşına hücum edib – bu barədə San-Fransisko polisinin rəisi Uilyam Skott mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, gecə saatlarında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin evinə polis çağırılıb.
Hadisə yerinə gələn məmurları Nensi Pelosinin həyat yoldaşı və hücum edən şəxs qarşılayıb. İstintaqın məlumatına görə, hər ikisinin əlində çəkic olub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, cani polisin gözü qarşısında Pol Pelosiyə çəkiclə vurub.

Hazırda həm Pol Pelosi, həm də hücumçu xəstəxanadadır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, polis hücum edənin şəxsiyyətini müəyyən edib. Onun 42 yaşlı David Deppe olduğu üzə çıxıb.

Polis hücumun motivini açıqlaya bilmir. İstintaqda ABŞ Federal Təhqiqatlar Bürosu və Kapitoli polisi də iştirak edir.

Eyni zamanda, “CNN” hücumçu David Deppenin sosial şəbəkələrdə fəal şəkildə müxtəlif sui-qəsd nəzəriyyələrini yaydığını bildirir. Onların arasında 2020-ci il prezident seçkilərində saxtakarlıq və Kapitoliyə hücumla bağlı təhqiqat da var.

Oxşar