Samvel Karapetyan – Yalnız Rusiya və ya yalnız Amerika ilə yaxşı münasibətlərimiz olacağını deyə bilmərik, balans mütləq olacaq
Bizim hər kəslə yaxşı münasibətlərimiz olmalıdır — həm Amerika ilə, həm də Rusiya ilə, – bu barədə “Güclü Ermənistan”ın lideri Samvel Karapetyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Ermənistanın inkişafına məhz bu ölkələr kömək etməlidir.
“Yalnız Rusiya və ya yalnız Amerika ilə yaxşı münasibətlərimiz olacağını deyə bilmərik. Balans mütləq olacaq, bizim vəziyyətimizdə bu balans mütləq olacaq”, – deyə o bildirib.
Karapetyan seçkilərə erməni xalqı kimi yaxşı, mübarizə əhval-ruhiyyə ilə gəldiyini vurğulayıb.
“Bu gün hər kəsin mübarizə əhval-ruhiyyəsində olduğu görünür və ölkəmizin gələcəyini özümüz müəyyənləşdirmək imkanı əldə etməyimiz üçün həqiqi, legitim hakimiyyətin təmin olunması çox vacibdir”, – deyə o qeyd edib.