Samtsxe-Cavaxetinin iki munisipalitetində mal-qarada "Nodulyar dermatit" virusu yayılıb
Samtsxe-Cavaxetinin iki munisipalitetində mal-qarada “Nodulyar dermatit” virusu yayılıb
Giorgitsminda şəhərində bu xəstəlikdən bir neçə böyük-baş mal-qara öldü.
Munisipalitet sakinləri bəyan edirlər ki, mallarda şişmə və yaralar müşahidə olunur.
“İki həftədir, inəklərdən sağılan südün hamısını tökürük, çünki deyirlər ki, xəstə malın südü təhlükəlidir” – dedyir yerli sakin Tamara Qoqolauri.
Qida məhsullarının qorunmasının milli agentliyinin regional rəhbəri Lia Bekauri bəyan edir ki, nodulyar dermatit virusu təhlükəli bir xəstəlikdir.
Onun dediyinə görə, bu xəstəlik əsasən, həşaratlarla gətirilir və insanlara yoluxmur, ancaq xəstə malın südü zərərli ola bilər.
“Təəsüf ki, bu xəstəliyin müalicəsi üçün preparatlar yoxdur” – dedi Lia Bekauri.