Sameqrelo polisi qəsdən adam öldürmək faktı üzrə bir nəfəri saxlayıb
Sameqrelo polisi qəsdən adam öldürmək faktı üzrə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü M.M.-nı saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin aprelin 4-də Zuqdidi bələdiyyəsinin kəndlərindən birində qarşılıqlı mübahisə zəminində 1953-cü il təvəllüdlü Z.N.-yə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Aldığı xəsarətlər nəticəsində Z.N. hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində M.M. cinayət törədildikdən qısa müddət sonra “isti izlər”lə saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan silah – bıçaq, maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu da 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – deyə DİN-in məlumatında qeyd olunub.