Şalva Papuaşvili - Yaxşı haldır ki, Daxili İşlər Nazirliyi parlamentin yaratdığı qanunvericiliyə əsasən, tez və effektiv qərar qəbul etmək imkanına malikdir
Şalva Papuaşvili - Yaxşı haldır ki, Daxili İşlər Nazirliyi parlamentin yaratdığı qanunvericiliyə əsasən, tez və effektiv qərar qəbul etmək imkanına malikdir

Qanunverici orqanın dəstəklədiyi istiqamətlərdən biri də sərt immiqrasiya siyasətidir, Gürcüstanda qanunsuz miqrasiya dayandırılmalıdır”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun dediyinə görə, təəssüf ki, bu, dünya üçün bir çağırışdır.

“Görürük ki, müxtəlif ölkələrdə miqrasiya əleyhinə mübarizə gedir. Müvafiq olaraq, yaxşı haldır ki, Daxili İşlər Nazirliyi parlament tərəfindən yaradılmış qanunvericiliyə əsasən, qanunsuz miqrantların deportasiyası ilə bağlı tez və effektiv qərarlar qəbul etmək imkanına malikdir. Bunlar təxmini rəqəmlərdir, sadəcə olaraq qeyri-leqal miqrantların həcminin nə qədər ola biləcəyi ilə bağlı fərziyyədir. Qeyri-qanuni miqrasiya probleminin iki-üç il ərzində tamamilə aradan qaldırılması üçün sürətin yüksək olması vacibdir”, – Papuaşvili bildirib.