Şalva Papuaşvili - vizasız gediş-gəlişlə bağlı cəmiyyət bilməlidir ki, biz öz öhdəliklərimizə görə hüquqi cəhətdən tam məsuliyyət daşıyırıq, eşitdiyimiz istənilən bəyanat isə şantajdır
Vizasız gediş-gəlişlə bağlı cəmiyyət bilməlidir ki, biz öz öhdəliklərimizə görə hüquqi cəhətdən tam məsuliyyət daşıyırıq, eşitdiyimiz istənilən bəyanat isə şantajdır”, – bu barədə Parlamentin sədri Şalva Papuaşvili Birinci Kanalda yayımlanan “Maka Tsintsadze ilə Aktual mövzu” verilişində çıxışı zamanı Avrobürokratların tələbləri yerinə yetirilmədiyi təqdirdə atacaqları addımlarla bağlı sualı cavablandırarkən bildirib.
Papuaşvilinin dediyinə görə, Avropa Komissiyası bu gün Gürcüstana münasibətdə beynəlxalq hüququ pozan tərəfdir və bu, bir faktdır.
“Hər şeydən əvvəl, bu, şantaj faktıdır və bu faktın özü məsələyə qeyri-vicdanlı yanaşmanı göstərir. Mən dedim ki, məktubda sadalanan səkkiz məsələdən altısı dövlətin adi qaydada məşğul olduğu iş məsələləridir. Bu iki əlavə məsələ – “Şəffaflıq qanunu” və “Ailə dəyərləri haqqında qanun” – vizasız gediş-gəlişlə heç bir əlaqəyə malik deyil, amma biz diplomatik pasportlarla bağlı gördüyümüz bu cür özbaşınalıqları eyni şəkildə yenə görürük. Bir daha deyirəm və görəcəksiniz ki, heç kim buna qarşı çıxa bilməyəcək — diplomatik pasportlar üçün vizasiz rejimin dayandırılması ilə bağlı tövsiyəsi ilə Avropa Komissiyası 2010-cu ildə Gürcüstanla Avropa İttifaqı arasında imzalanmış beynəlxalq sazişi pozdu. Avropa Komissiyası bu gün Gürcüstanla bağlı beynəlxalq hüququ pozan tərəfdir. Bu bir faktdır və, o cümlədən, bu məktubla da təsdiqləndi ki, məktubda yazılanlar beynəlxalq hüququn pozulduğunu bir daha göstərir.
Beləliklə, özbaşınalıq və o cümlədən hüququn aliliyinə hörmətsizlik olduğu halda, burada çox şey gözlənilə bilər. Birincisi, heç bir əsas yoxdur və istəyirəm ki, cəmiyyətimiz aydın bilsin ki, vizasiz gediş-gəlişə gəldikdə, biz hüquqi baxımdan öz öhdəliklərimizə layiqincə yerinə yetiririkBeləliklə, eşitdiyimiz hər hansı belə bəyanat şantajdır və hər hansı belə münasibət vicdanlı deyil; İkincisi – biz görürük ki, xoşbəxtlikdən Avropa İttifaqı daxilində də sağlam düşüncə mövcuddur. Mediada səslənən rəsmi olmayan məlumatlar göstərir ki, bəzi dövlətlər belə dəliliklərin sadəcə qəbuledilməz və mümkün olmadığını anlayır. Üçüncü məsələ – sevgidən danışanda tez-tez deyirlər, bizə namizədlik statusunu gürcü xalqına verdik gürcü xalqına, gürcü xalqına, indi nə baş verir, gürcü xalqı artıq onları maraqlandırmır?!“– Şalva Papuaşvili bildirib.