Şalva Papuaşvili Teona Akubardiaya müraciət etdi - Təbrik edirəm, yaxşı cəmiyyətdə əyləşmisiniz, əyləşməli olduğunuz yeri dəqiq seçmisiniz
Bu parlamentdə olan yeganə saxtakarlığı hər gün güzgüdə görə bilərsiniz – Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili parlamentin iclasında müxalifətçi Teona Akubardiaya belə müraciət etdi.
Teona Akubardia parlamentin sessiyasında parlament çoxluğunun üzvlərinə müraciət edib və qeyd edib ki, “Gürcü Arzusu”nun üzvləri vətəndaşları aldadırlar.
“Sizin söhbətiniz gürcü xalqına şüşə butka və yazılmış alqışlarla göstərdiyiniz bütün o tamaşa kimi saxtadır. Gürcü xalqı sizin saxtakarlığınızı yaxşı bilir və gürcü xalqı sizə cavab verəcək” – Akubardia qeyd edib.
Şalva Papuaşvili cavabında bildirib ki, məhz Teona Akubardianın davranışı parlamentdə olan saxtakarlıq nümunəsidir.
“Müxalifətdə bir qrupdan digərinə ziqzaq üzrə hərəkət etməyiniz saxtakarlıqdır. Sizin bu parlamentdə olmaq, birinci sıraya gəlib çıxmaq hərəkətiniz saxtakarlıqdır. Təbrik edirəm, yaxşı cəmiyyətdə əyləşmisiniz. Saxtakarlığa gəlincə, əyləşməli olduğunuz yeri dəqiq seçmisiniz” – Papuaşvili Akubardiaya müraciət edib.
Məlumat üçün bildirək ki, Teona Akubardia avqustun 30-da “Qaxaria Gürcüstan naminə” partiyasına qoşulub.