Şalva Papuaşvili Tbilisinin İctimai İdarəçilik Məktəbinin birinci axınının iştirakçılarına sertifikatlar təqdim edib
Parlamentin sədri Şalva Papuaşvili Tbilisinin İctimai İdarəçilik Məktəbinin birinci axınının iştirakçılarına sertifikatlar təqdim edib. Bu haqda məlumatı Gürcüstanın Parlamenti yayır.
Parlamentdə Tbilisinin İctimai İdarəçilik Məktəbinin birinci axınının mükafatlandırma mərasimi keçirilib. Tədbirdə parlamentin sədri Şalva Papuaşvili çıxış edib.
“Bu təşəbbüsün uğurla həyata keçirilməsinə görə şadam. Dövlət və özəl sektorun bir-biri ilə fikir mübadiləsi aparmaq, eləcə də təcrübələri paylaşmaq imkanına malik olması üçün sözügedən layihə mühümdür” – Şalva Papuaşvili bildirib və parlamentin sözügedən layihənin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəyini qeyd edib.
“Business Insider Georgia” və “Gürcüstanın İqtisadi Forumu”nun təsisçisi və rəhbəri Qiorqi Abaşişvili Tbilisinin İctimai İdarəçilik Məktəbinin birinci axınının nəticələrini ümumiləşdirib və layihəni dəstəklədiyinə görə parlamentin sədrinə təşəkkür edib.
Sözügedən layihə parlamentin sədrinin dəstəyi ilə həyata keçirilir. Təlim kursunun məqsədi dövlət qulluqçularının peşəkar inkişafına kömək etmək, bilik və təcrübə mübadiləsi vasitəsilə dövlət və özəl sektorlar arasında ünsiyyəti yaxşılaşdırmaqdır” – Gürcüstanın Parlamenti tərəfindən yayılmış məlumatda deyilir.