Şalva Papuaşvili - Sülhün kövrəkliyini və ölkədə müharibəyə imkan verməmək üçün siyasi rəhbərliyin malik olduğu məsuliyyəti unutmamalıyıq
Bu gün biz avqust müharibəsində həlak olmuş hərbçiləri və mülki şəxsləri, 16 il əvvəl hamımızın birlikdə yaşadığımız ağır avqust günlərini yada salırıq – bu haqda parlamentin sədri Şalva Papuaşvili Muxatqverdi Qardaşlar Qəbiristanlığında bildirib.
O deyib ki, müharibə ilə sülh arasındakı sərhədin nə qədər kövrək olduğunu heç vaxt unutmamalıyıq.
“Atəşin ön cəbhəsində olan qəhrəman hərbçilərimiz, müharibənin episentrində qalan mülki şəxslər və Gürcüstana qarşı aparılan təcavüzü xüsusilə ağır yaşayan bütün Gürcüstan. İnsanların adətən dincəlməyə üz tutduğu, lakin birdən-birə buludlanan və xoşbəxt günlərin faciəli günlərə çevrildiyi 2008-ci ilin avqustun günləri yadımızdadır. Sülhün kövrəkliyini və ölkədə müharibəyə imkan verməmək üçün siyasi rəhbərliyin malik olduğu ilk növbədə, məsuliyyəti unutmamalıyıq. “Gürcü Arzusu”nun son 12 ildə etdiyi budur” – Şalva Papuaşvili qeyd edib.