Şalva Papuaşvili Soxuminin süqutu günü əlaqədar Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların memorialını əklillə bəzəyib
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Baş nazir İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze ilə birlikdə, Soxuminin süqutunun 32-ci ildönümü ilə əlaqədar, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların memorialını əklillə bəzəyib və vətən birliyi uğrunda həlak olmuş döyüşçülərin xatirəsini yad edib. Bu barədə Gürcüstan parlamenti məlumat yayır.
Onların məlumatına görə, memorialın yaxınlığında həmçinin Abxaziya Muxtar Respublikasının hökumət sədri Qiorqi Cinçaradze, həmçinin qanunverici və icraedici hakimiyyətin nümayəndələri də olub.
Abxaziyada hərbi qarşıdurma 1992-ci ilin avqustun 14-də başlayıb. Mübarizə 13 ay 13 gün davam edib və 1993-cü ilin sentyabrın 27-də Soxuminin süqutu ilə başa çatıb.