Şalva Papuaşvili - Slovakiya Avropa İttifaqında Avropa dəyərlərinin qaytarılması istiqamətində mühüm addım atdı, sağlam düşüncə hər yerdə qalib gəlməlidir
Slovakiya Avropa İttifaqında Avropa dəyərlərinin qaytarılması istiqamətində mühüm addım atdı. Sağlam düşüncə hər yerdə qalib gəlməlidir”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvili Slovakiya parlamentinin qəbul etdiyi konstitusiya dəyişikliklərinə münasibət bildirir.
“Elementar sağlam düşüncənin qanunla qorunmalı olduğu bir vəziyyət yaranıb. Belə problemlər azlığın çoxluğa diktəsi nəticəsində ortaya çıxır. Slovakiya Avropa İttifaqında Avropa dəyərlərinin qaytarılması istiqamətində mühüm addım atdı. Sağlam düşüncə hər yerdə qalib gəlməlidir”, – Papuaşvili yazır.
Məlumat üçün bildirək ki, Slovakiya parlamenti yalnız iki cinsi tanıyan və evli olmayan cütlüklərin uşaq övladlığa götürməsini, həmçinin surroqat analığın qadağan edilməsini nəzərdə tutan konstitusiya dəyişikliklərini dəstəklədi.