Şalva Papuaşvili Sioni Kafedral məbədində Pasxa Liturgiyasında iştirak edib
Şalva Papuaşvili Sioni Kafedral məbədində Pasxa Liturgiyasında iştirak edib

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və parlament çoxluğunun üzvləri Tbilisidə Sioni kafedral məbədində Pasxa Liturgiyasında iştirak ediblər.

Təntənəli ibadəti ümumi Gürcüstanın patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio Muciri digər ruhanilərlə birlikdə icra edib.

Sioni kafedral məbədində toplaşan möminlər patriarxlıq taxtının varisinin Pasxa bayramı ilə bağlı müraciətini dinləyiblər.

Pasxa Liturgiyasında qanunverici orqanın nümayəndələri ilə birlikdə, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, Baş nazir İrakli Kobaxidze, Nazirlər Kabinetinin üzvləri və Tbilisi meri Kaxa Kaladze iştirak edib.