Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Slovakiya Respublikasının paytaxtı Bratislavaya yola düşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Gürcüstan Parlamentinin sədri Slovakiya Parlamentinin sədri ilə görüşəcək, bundan sonra media üçün birgə bəyanat veriləcək.
Parlament sədrinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin tərkibinə parlament sədrinin müavini İlia İncia, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Təhsil, Elm və Gənclər Məsələləri Komitəsinin sədri Mariam Laşxi və “Gürcü Arzusu” fraksiyasının sədr müavini Rima Beradze daxildir.