Şalva Papuaşvili - Paris Olimpiadasını tarixdə ən yaxşı nəticə ilə bitirdik və 206 Olimpiya komandası arasında 24-cü yerdə qərarlaşdıq, bu nəticə ilə Avropa İttifaqının üzvü olan 18 ölkəni qabaqladıq
Şalva Papuaşvili - Paris Olimpiadasını tarixdə ən yaxşı nəticə ilə bitirdik və 206 Olimpiya komandası arasında 24-cü yerdə qərarlaşdıq, bu nəticə ilə Avropa İttifaqının üzvü olan 18 ölkəni qabaqladıq

 
Paris Olimpiadasını tarixdə ən yaxşı nəticə ilə bitirdik və 206 Olimpiya komandası arasında 24-cü yerdə qərarlaşdıq. Olimpiya iştirakçılarımıza və bu nəticəyə töhfəsini verən hər kəsə minnətdaram – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin qeyd etdiyi kimi, Gürcüstan bu tarixi nəticə ilə Avropa İttifaqının üzvü olan 18 ölkəni qabaqlayır.

Parlament sədrinin bəyanatına əsasən, son illərdə Gürcüstan iqtisadi artım, eləcə də idarəetmə göstəriciləri ilə təkcə regionda deyil, həm də bəzi hallarda Avropa İttifaqına üzv olan ölkələrlə müqayisədə də reytinqlərin sabit lideridir.

“Paris Olimpiadasını tarixdə ən yaxşı nəticə ilə bitirdik və 206 Olimpiya komandası arasında 24-cü yerdə qərarlaşdıq. Olimpiya iştirakçılarımıza və bu nəticəyə töhfəsini verən hər kəsə minnətdaram. Qeyd edilməlidir ki, bu tarixi nəticə ilə Avropa İttifaqının üzvü olan 18 ölkəni qabaqladıq, bununla yanaşı, Avropa İttifaqının 5 ölkəsi heç bir medal qazana bilmədi. Son illərdə Gürcüstan iqtisadi artım, eləcə də idarəetmə göstəriciləri ilə təkcə regionda deyil, həm də bəzi hallarda Avropa İttifaqına üzv olan ölkələrlə müqayisədə də reytinqlərin sabit lideridir. Xalqımızın istedadı ilə yanaşı, Olimpiadanın tarixi nəticəsi bu inkişafın da sayəsindədir. Müxalifətin yadı tərifləməklə, gürcü olanı alçaltmaqla məşğul olması, Gürcüstanı isə yalnız başqa ölkələrin mərhəmətində olan periferiya kimi görməsi fonunda, belə nəticələr həm daxildə, həm də xaricdə hamıya göstərir ki, Gürcüstanın tərəqqisi və gücü bizim özümüzdədir və bu ölkənin bu günü onun gələcəyi kimi parlaqdır. Müxalifət öz əzizinin başına andını içsin, biz isə hər yerdə və hər zaman qəlbimizdə və ictimai şəkildə təkrarlayaq #fəxredirəmkigürcüyəm” – parlamentin sədri yazır.