Şalva Papuaşvili – Özünü idarəetmə seçkiləri radikalların son şansıdır, Bu şansı əldən versələr, nəhayət demokratik prosesdən kənarda qalacaqlar
Özünü idarəetmə seçkiləri radikalların demokratik mandatın bir hissəsini almaq üçün son şansıdır. Əgər onlar bu şansı da əldən versələr, nəhayət demokratik prosesdən kənarda qalacaqlar, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvilinin söylədiyinə görə, özünü idarəetmə seçkiləri müxalifətin son şansıdır.
“Bu, öz seçicilərinə qarşı kinayədir, əvvəlki seçkilərdə onların seçiciləri ola biləcək Gürcüstan vətəndaşlarını o qədər dəyərsiz hesab edirlər ki, belə rahat şəkildə onlara yalan danışa bilirlər. Bu il, payızda yerli özünüidarətmə seçkiləri olacaq. Bundan sonra 2028-ci il parlament seçkilərinə qədər üç il seçki olmayacaq. Belə ki qərarı radikallar verməlidirlər. Bu, onların demokratik mandatın bir hissəsini əldə etmək üçün son şansıdır. Əgər onlar bu şansı da əldən versələr, nəhayət demokratik prosesdən kənarda qalacaqlar”, – Papuaşvili bildirib.