Şalva Papuaşvili - müxalifət partiyaları 2 oktyabr seçkilərinə hazırlaşmırlar, nifrət ritorikası ilə danışır , fabrikasiyalara əl atırlar, gizli materialların dərc edilməsi də bu proqramın bir hissəsidir.
Şalva Papuaşvili - müxalifət partiyaları 2 oktyabr seçkilərinə hazırlaşmırlar, nifrət ritorikası ilə danışır , fabrikasiyalara əl atırlar, gizli materialların dərc edilməsi də bu proqramın bir hissəsidir.

 

Müxalifət partiyaları 2 oktyabr seçkilərinə hazırlaşmırlar. Seçkiqabağı kampaniya zamanı xalqın ehtiyacından, paytaxtın inkişafından danışırıq, müxalifət isə nifrət ritorikasında danışır, fabrikasiyalara əl atır. Gizli materialların dərc edilməsi də bu proqramın bir hissəsidir. Bunların material olub -olmaması sual işarəsinə səbəb olur, çünki gördüklərimiz kağız üzərində yazılmış mətnlərdir-deyə parlamentin təhsil komitəsinin sədri Şalva Papuaşvili bildirib.

O, nəticə çıxarmağın çətin olduğunu bildirib.

“Hazırda istintaq aparılır və hər kəsi istintaqla əməkdaşlığa çağırıram. Q.Qaxarianın açıqlamalarına gəlincə, düzünü desəm şərh vermək çətindir, çünki çox danışırlar məzmunu isə azdır. Qaxarianın komandası qabıq olaraq formalaşıb və içi yoxdur. Onlardan heyrətamiz bəyanatlar eşidirik. Dünən eşitdik ki, “Gürcü Arzusu” 100 faiz dəstək alsa belə, növbədənkənar seçki olmalıdır. Bu insanların hansı sahəyə keçdiyini və haradan baxdıqlarını bilmirəm. Bu onu sübut edir ki, Qaxariyanın yeganə məqsədi bir növ Tbilisidə ikinci turu təmin etmək və bununla da Nika Melianı gücləndirməkdir. Həm də “Gürcü Arzusu”-na bir şəkildə ziyan vurmaqdır. Onların müstəqil siyasi məqsədləri yoxdur, çünki hər hansı sakrebuloda bir və ya iki yer uğrunda mübarizə aparsalar qalib gəlməyəcəklərini bilirlər. Onların yeganə məqsədi Gürcü Arzusuna zərər verməkdir. Onların yalnız köməkçi funksiyası var”, -deyə Papuaşvili bildirib.