Şalva Papuaşvili - Müxalifət demək olar ki, tam tərkibi ilə növbədənkənar sessiyanı boykot edir, yəni amnistiyanı boykot edir, buna görə seçicilərdən cavab alacaqlar
Müxalifət demək olar ki, tam tərkibi ilə parlamentdə növbədənkənar sessiyanı boykot edir, yəni amnistiyanı boykot edir, buna görə seçicilərdən cavab alacaqlar- bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili büronun bugünkü iclasında bildirib.
“Başa düşdüyüm qədərilə, “Avropalı sosialistlər” və “Qirçi” istisna olmaqla, müxalifət demək olar ki, tam tərkibi ilə növbədənkənar sessiyanı boykot edir, yəni amnistiyanı boykot edir, bu da bir hadisə kimi maraqlıdır. Müşahidə etdiklərimə görə, zənnimcə, demək olar ki, hamı amnistiyanı boykot edir. Bilmirəm, bu onların öz işidir. Seçicilərin yanına gedəcəklər və buna görə cavab alacaqlar” – Şalva Papuaşvili bildirib.
Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasında müzakirə ediləcək məsələlərdən biri amnistiya haqqında qanun layihəsidir.