Şalva Papuaşvili müdafiə naziri İrakli Çikovani ilə birlikdə Gürcüstanın Milli Müdafiə Akademiyasında olub
Şalva Papuaşvili müdafiə naziri İrakli Çikovani ilə birlikdə Gürcüstanın Milli Müdafiə Akademiyasında olub

 
Parlamentin sədri Şalva Papuaşvili Qoridə Davit Ağmaşenebeli adına Gürcüstanın Milli Müdafiə Akademiyasında kursantlarla görüşüb.

Gürcüstanın müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili akademiyada olublar.

Şalva Papuaşvili diqqəti dünyada, regionda və xüsusən də Gürcüstanda mövcud çağırışlara yetirib. Həmçinin, o Gürcüstan hakimiyyəti tərəfindən son vaxtlar müdafiə istiqamətində həyata keçirilmiş layihələrdən və gələcək planlardan danışıb.

Müdafiə naziri təhsil müəssisəsinin mühüm roluna diqqət çəkib və kursantlara uğurlar arzulayıb.

Şalva Papuaşvili akademiyada qonaq olarkən yaşayış kazarmalarına, distant təhsil mərkəzinə, laboratoriyalara, simulyasiya mərkəzinə, akademiyanın kitabxanasına və sərgi mühitinə baxış keçirib.

Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze və Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze parlamentin sədri ilə birlikdə Milli Müdafiə Akademiyasında olublar.