Şalva Papuaşvili - Mən Yukneviçiene, Sikorski və Saakaşvilinin digər himayədarlarını hansı kriminal rejimi dəstəklədiklərini və nəyi geri qaytarmaq istədiklərini birbaşa efirdə izləməyə çağırıram
Şalva Papuaşvili - Mən Yukneviçiene, Sikorski və Saakaşvilinin digər himayədarlarını hansı kriminal rejimi dəstəklədiklərini və nəyi geri qaytarmaq istədiklərini birbaşa efirdə izləməyə çağırıram

Rasa Yukneviçiene, Sikorski və Mixeil Saakaşvilinin digər pərəstişkarları və himayədarlarını, o zaman hansı cinayətkar rejimi dəstəklədiklərini və onları hansı kriminal rejimi Gürcüstana qaytarmaq istədiklərini birbaşa efirdə izləməyə, dinləməyə çağırıram”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlamentdə müvəqqəti istintaq komissiyasının yaradılması məsələsində bildirib.

Papuaşvilinin izahatına görə, “Gürcü Arzusu”nun siyasi təşəbbüsü “Milli Hərəkat”ın 2003-cü ildən bəri fəaliyyətinin araşdırılmasına aid olacaq.

“Parlamentin istintaq komissiyası formasında olan siyasi təşəbbüsümüz 2003-cü ildən, “Milli Hərəkat” rejimi qurulan andan, kriminal rejimin bütün təzahürləri ilə bağlı parlament tədqiqatı istər medianı qaçırma, istər biznesin oğurlanması, insanlara işgəncə edilməsi və digər sisteli cinayətlərə toxunacaq ki, bir daha, Saakaşviliyi bu günə gədər modernləşdirici və demokratiyanın çırağı kimi adlandıran bəzi xarici aktorlar, məsələn, bir neçə ay əvvəl Polşanın xarici işlər naziri Sikorskinin bildirdiyi kimi, 2003-2012-ci illərdə alqışladıqları və bu gün də sevdikləri rejimin nəyi təmsil etdiyini görsünlər.

Bütün bunlar birbaşa efirdə yayımlanacaq. Ona görə də hamını, xanım Rasa Yukneviçieneni, cənab Sikorskini və Mixeil Saakaşvilinin digər pərəstişkarlarını və himayədarlarını o zaman hansı cinayətkar rejimi dəstəklədiklərini və onları hansı kriminal rejimi Gürcüstana qaytarmaq istədiklərini birbaşa efirdə izləməyə, dinləməyə çağırıram. Gürcü xalqı həm bu rejimi, həm də onların xarici himayədarlarını niyə belə israrla rədd etdiyini başa düşsünlər. Cinayət işi üzrə istintaqa gəlincə, bu, prokurorluğun səlahiyyətində olan məsələdir. Biz siyasi olaraq qiymətləndiririk və siyasi və cinayət qiymətləndirmələrini ayırmalıyıq. Parlament bu məsələyi siyasi olaraq qiymətləndirir, lakin bu, cinayət əməllərinin də yer alacağını istisna etmir. “Ona görə də yəqin ki, prokurorluğun bu məsələyə diqqətlə baxması və cinayət əməli müəyyən oluna bilsə, müvafiq istintaq və tədqiqat aparması vacibdir”, – Şalva Papuaşvili qeyd edib.