Şalva Papuaşvili Makron, Tusk və Mertsin bəyanatını gürcü xalqına və gürcü dövlətinə qarşı biabırçı hücum adlandırır
Şalva Papuaşvili Makron, Tusk və Mertsin bəyanatını gürcü xalqına və gürcü dövlətinə qarşı biabırçı hücum adlandırır

“Gürcü xalqına və gürcü dövlətinə onların milli bayramı günündə biabırçı hücum”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Şalva Papuaşvili Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Mertsin bəyanatına münasibət bildirir.

Makron, Tusk və Merts Gürcüstanın Müstəqillik Günü ilə bağlı bəyanat yayıblar. Bəyanatda qeyd olunur:”Gürcüstan hökuməti müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etməlidir, gürcü xalqının ölkənin Avropa istiqamətindəki yoluna dair imkanları əlindən alınmamalıdır”.