Şalva Papuaşvili - Liberal faşizm nifrət mühitini bəsləyən qruplaşmaları Gürcüstanda da formalaşdırdı, bolşevizmin ideoloji varisi olan liberal faşizm də bizə xaricdən yeridilmiş bir təcrübədir
Şalva Papuaşvili - Liberal faşizm nifrət mühitini bəsləyən qruplaşmaları Gürcüstanda da formalaşdırdı, bolşevizmin ideoloji varisi olan liberal faşizm də bizə xaricdən yeridilmiş bir təcrübədir

Çarli Kirkin qətl edilməsi bizə açıq şəkildə göstərdi ki, nifrət, kin və düşmənçilik toxumu səpən ideoloqlar və təbliğatçılar həssas insanları düşüncədən məhrum edərək onları qeyri-insani varlıqlara çevirirlər və təkcə potensial deyil, həm də real tətikçiyə çevrilməyə sövq edirlər, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin yazdığı kimi, liberal faşizm nifrət mühitini bəsləyən qruplaşmaları Gürcüstanda da formalaşdırdı. Onun sözlərinə görə, bolşevizmin ideoloji varisi olan liberal faşizm də Gürcüstanda kənardan tətbiq edilən bir təcrübədir.

“Amerikada baş verəmiş faciə dünya miqyasında cəmiyyəti sarsıtdı. Onların arasında daha əvvəl mühafizəkar spiker Çarli Kirk haqqında heç eşitməmiş insanlar da var idi. Bu qətl bir daha bizə əsas faciəni aydın şəkildə göstərdi – nifrət, kin və düşmənçilik yayan ideoloqlar və təbliğatçılar, ictimai məkanı faşist ehtirasları ilə çirkləndirənlər, həssas insanların düşüncəsini bulandırır, onları qeyri-insani varlıqlara çevirirlər və təkcə potensial deyil, həm də real tətikçiyə çevrilməyə sövq edirlər.

Liberal faşizm Gürcüstanda da bu cür qruplaşmaların yaranmasına səbəb oldu, onlar hər gün nifrət və kin mühitini qidalandırırlar. Bir əsr əvvəl bolşevizm kimi, onun ideoloji varisi olan liberal faşizm də bizə xaricdən yeridilmiş, zorla qəbul etdirilmiş ideologiya və praktikadır.

Biz onların şəbəkə fəaliyyətini hər gün görürük. Nifrətin yayılması şəbəkəsində hər kəsin öz funksiyası var. Partiya mediası və ya QHT media “Min təpə radiosu” metodları ilə faşist-ideoloji spikerləri tirajlamaq və rəqiblərə qarşı nifrəti oyatmaqla məşğuldur. Sosial şəbəkədə işə götürülən ideoloqlar, əvvəllər özləri də cəlb olunmuş şəxslər, indi isə öz tərəfdarlarını axtarırlar. Bəzi donorlar ekstremizmi vətəndaş fəallığı kimi təqdim edir və bol-bol maliyyələşdirirlər. Bəzi geosiyasi marağı olan xarici siyasətçi və diplomatlar isə təşviq, söz və dəstəklə onlara tam azadlıq verirlər.

Beləliklə, nifrət mühiti yaranır ki, bu da bizim gündəlik həyatımızı, uşaqlarımızı və gələcəyimizi zəhərləyir. Bu dəhşətli bəladan qurtulmaq üçün daha çox ayıq-sayıqlıq və daha çox xeyirxahlıq lazımdır, hansı ki, mütləq şər üzərində qalib gələcək.

Tariximizdə çoxsaylı düşmənçiliklər və daxili qarşıdurmalar olub. Çoxəsrlik mədəniyyətimizin təcrübəsi göstərir ki, şər nifrət, düşmənçilik, gilotin və kəsməklə sağalmır. O, xeyirxahlıq və sevgi ilə sağalır. Bu, mədəniyyətimizin köküdür və xarici, zorla tətbiq olunan metodlarla aradan qaldırıla bilməz”, – Papuaşvili yazır.